Bu barədən Türkiyə XİN-dən məlumat verilib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
“Strateji mexanizmin” bərpası məsələsinə vurğu edilərək ABŞ-Türkiyə münasibətlərinin vəziyyəti müzakirə edilib.
NATO və ATƏT-in qarşıdan gələn iclaslarının fonunda Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı da fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Efiopiya, Sudan və Qafqazdakı vəziyyətə də toxunublar.
ABŞ Dövlət Departamentinin məlumatına görə isə, Blinken və Çavuşoğlu Rusiya və Ukrayna sərhədindəki vəziyyətin gərginləşməsini müzakirə ediblər.
ABŞ-lı rəsmi Ned Prays bildirib ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi barədə də danışılıb. Həmçinin tərəflə ikitərəfli, o cümlədən də NATO müttəfiqləri kimi əməkdaşlığın dərilənşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.