ABŞ və İsraildən etiraf: İranın nüvə obyekti məhv edilməyib

ABŞ və İsraildən etiraf: İranın nüvə obyekti məhv edilməyib

ABŞ və İsrail kəşfiyyatının qiymətləndirmələri göstərib ki, ABŞ-ın keçən həftə İranın nüvə obyektlərinə endirdiyi zərbələr İranın nüvə proqramı üçün əsas olan obyektləri məhv etməyib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, ABŞ-ın keçən həftə İrandakı üç nüvə obyektinə endirdiyi zərbələr İranın nüvə proqramının əsas elementlərini məhv etməyib və çox güman ki, onu yalnız bir neçə ay geri çəkib.

İsrail kəşfiyyatının paylaşdığı qiymətləndirmədə deyilir ki, ABŞ-ın zərbələri İranın nüvə proqramını “bir neçə il” geriyə qoysa da, onu tamamilə məhv etmədi.

İsrailin yüksək rütbəli rəsmisi İsrail mətbuatına bildirib ki, ABŞ-ın zərbələri buna baxmayaraq faydalı olub və danışıqlar yolu ilə əldə edilə bilməyəcək nəticələr əldə edib.

Xəbəri paylaş

VİDEOLAR