ABŞ və İngiltərədən Yəmənə növbəti hücum

ABŞ və İngiltərədən Yəmənə növbəti hücum

ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri dünən Yəmənin Saade əyalətinin şimalındakı əl-Qətinat bölgəsinə hava zərbəsi endirib.

Az.rasthaber.com xəbər verir ki, hücumlarda ölən və dəyən zərərlə bağlı hələlik heç bir hesabat dərc edilməyib.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bu hücumu təsdiqləyib.

Yəmən fələstinlilərə dəstək və işğalçı rejimin Qəzzada törətdiyi qırğına cavab olaraq İsrailə gedən gəmiləri hədəfə aldıqdan sonra Amerika və İngiltərə birgə koalisiya yaradıb, sionist İsrail rejiminə dəstək verib və yəmənliləri çəkindirmək üçün çoxlu hücumlar həyata keçiriblər.

Bununla belə, Yəmən Ənsarullah Hərəkatı fələstinliləri dəstəkləməkdən vaz keçməyəcəklərini bəyan edərək, Qəzzada hücumlar dayandırılana və amansız mühasirə aradan qaldırılana qədər Amerika və İngiltərə gəmiləri və işğalçı rejimə gedən gəmilərin qanuni hədəflər olacağını bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR