ABŞ və İngiltərə paytaxt Səna da daxil olmaqla Yəmənin 5 şəhərinə hücum edib

ABŞ və İngiltərə paytaxt Səna da daxil olmaqla Yəmənin 5 şəhərinə hücum edib

Yəmən Ənsarullah Hərəkatı ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla 5 şəhərə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalının sosial media hesabında məlumat verilib

Ənsarullah xəbər saytı ABŞ və İngiltərənin Taiz şəhərinin Hayfan və Əl-Berah bölgələrinə 11 hava zərbəsi endirdiyini bildirib.

Xəbərdə Sənadakı hücumların Ən-Nehdeyn və Attan bölgələrində cəmləşdiyi bildirilib.

Hücumların nəticələri ilə bağlı heç bir məlumat verilməsə də, ABŞ və İngiltərə hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR