"ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi müharibə tacirlərinin qarşısı alınmalıdır"

Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat işğalçı ərəb koalisiyasının 2015-ci il martın 26-da Yəməndə əməliyyatlara başlamasının doqquzuncu ildönümündə etdiyi çıxışda sülh yolunda addımlar atmaq niyyətində olduqlarını vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Meşat, sülhün bərqərar olması və davamlılığı üçün səy göstərməyə qərarlı olduqlarını və Omanın himayəsində aparılan danışıqlarda razılaşdırılan sülh planını imzalamağa hazır olduqlarını bildirib.

O, həmçinin ərəb koalisiyasını Yəməndə sülh səylərini dəstəkləməyə və hücumları dayandırmaqla sülhü təmin etməyə çağırıb. Meşat, Amerika və İngiltərənin başçılıq etdiyi döyüş tacirlərinin qarşısının alınması lazım olduğunu bildirdi.

Xəbəri paylaş

VİDEOLAR