ABŞ və Böyük Britaniya Yəmənə yenidən hücum edib

ABŞ və Böyük Britaniya Yəmənə yenidən hücum edib

ABŞ və Böyük Britaniyanın Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil etdiyi bildirilib.

Az.rasthaber.org xəbər verir ki, Ərəb mediasının məlumatına görə, ABŞ və Böyük Britaniya tərəfindən paytaxt Sənaya bir sıra hava zərbələri endirilib.

Məlumatda bildirilir ki, paytaxt Sənada partlayış səsləri eşidilib.

Əl-Cəzirə televiziyasına danışan ABŞ hərbi rəsmisi ABŞ, İngiltərə və bəzi digər müttəfiqlərinin Yəməndə husilərə (Yəmən silahlı qüvvələri) qarşı yeni hücum həyata keçirdiklərini bildirib.

ABŞ-lı mənbə ABŞ və Böyük Britaniya təcavüzünü dəstəkləyən ölkələrin adlarını çəkməkdən çəkinib.

Xəbəri paylaş

VİDEOLAR