İşğalçı sionist İsrail rejiminin əsas himayədarları olan ABŞ və İngiltərə Yəmənə havadan və dənizdən hücum edib. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.
Az.rasthaber.org xəbər verir ki, sionist rejimin Qəzzaya hücumlarına cavab olaraq kommersiya gəmilərinə qarşı hərəkətlərindən sonra ABŞ və İngiltərə hücum etmək qərarına gəliblər.
Qərar Britaniyanın baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib.
Yəməndəki yerli mənbələrin paylaşdığı məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava hücumu təşkil edib.
Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın hücumlara dəstək verdiyi açıqlanıb.
Pentaqon hücumları təsdiqləyib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hücumları təsdiqləyib.
Reuters-in Pentaqon rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, hücumlarda pilotsuz təyyarələrin istehsal mərkəzləri və silah anbarları vurulub.
Hava zərbələrinin görüntüləri sosial media hesablarında paylaşılıb.