ABŞ Müdafiə Nazirliyi Pentaqon uşaq qatili İsrailin təhlükəsizliyinə dəstəklərini artırmaq üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, nazir Lloyd Ostin İranın mümkün hücumu halında İsrailə əlavə hərbi dəstək göndərilməsi barədə göstəriş verib.
Müvafiq olaraq, Pentaqon sionist İsrailin təhlükəsizliyini artırmaq üçün Amerikanın bölgədəki hərbi mövcudluğunu mövcud vəziyyətə uyğun olaraq yenidən təşkil edəcək.
Bu çərçivədə nazir Ostin işğalçı İsrailin regional təhlükəsizliyinin təmin edilməsində iştirak edən Amerika hərbi ünsürlərinin sayının artırılması və bölgəyə əlavə döyüş təyyarələri və döyüş gəmilərinin göndərilməsi barədə göstəriş verib.
ABŞ hazırda regionda fəaliyyət göstərən USS Theodore Roosevelt təyyarədaşıyan gəmisini əvəz etmək üçün USS Abraham Lincoln təyyarədaşıyan gəmisini göndərəcək.
Pentaqon həmçinin bölgəyə ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyserlər və esmineslər göndərəcək, həmçinin quruda ballistik raketdən müdafiə imkanlarını artıracaq. Nazir Ostin həmçinin İsrailin müdafiəsi üçün Yaxın Şərqdə xidmət etmək üçün bölgəyə əlavə döyüş təyyarələri göndərəcək.