ABŞ Ukraynaya yeni silah paketləri ötürə bilməyəcək

ABŞ Ukraynaya yeni silah paketləri ötürə bilməyəcək

ABŞ Ukraynadakı “Patriot” zenit-raket komplekslərini bir müddət raketlərlə təmin edə bilməyəcək.

Bundan əvvəl “The New York Times” yazıb ki, Kiyevin müttəfiqlərinin yeni əks-hücum əməliyyatına başlamaq üçün lazımi texnika və silahları yoxdur.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Konqres bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, Ağ Ev administrasiyası 2024-cü ilin yanvarından Ukraynaya yeni silah paketləri ötürmək imkanını itirəcək. Onun sözlərinə görə, ABŞ artıq Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərə bilməyəcək. Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatları azalmağa başlayacaq.

Xəbəri paylaş

VİDEOLAR