Pentaqon rəsmisi açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi kabildəki ABŞ səfirliyinin əməkdaşlarının təxliyyəsi əməliyyatını başladıb.
Bu barədə Pentaqon rəsmisi Con Kirbi məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstan paytaxtına 3 min ABŞ hərbçisi göndərilib.
Kirbi deyib ki, ABŞ hərbçilərinə hücum olarsa, onlar cavab verəcəklər.
Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentindən bildirilib ki, Kabildəki ABŞ səfirliyi əməkdaşlarının sayı minimum həddədək azaldılacaq.
“ABŞ Müdafiə Nazirliyi Həmid Kərzay hava limanına təxliyyə üçün hərbçilər göndərəcək”, – deyə Departament rəsmisi Ned Prays qeyd edib.
O əlavə edib ki, ABŞ səfirliyi qapadılmayacaq və fəaliyyətini davam etdirəcək.