ABŞ Türkiyənin Ermənistanla bağlı qərarını dəstəklədi

ABŞ Türkiyənin Ermənistanla bağlı qərarını dəstəklədi

ABŞ-ın dövlət katibi Entoni Blinken xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı fikirlərinə münasibət bildirib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Entoni Blinken deyib ki, rəsmi Ankaranın Ermənistanla dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə qərarını dəstəkləyirlər.

ABŞ-ın dövlət katibi "Twitter" hesabından etdiyi paylaşımda deyib:

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın iki ölkə arasında əlaqələrin normallaşması üçün dialoqa başlamaqla bağlı xüsusi nümayəndələr təyin edəcəklərinə dair qərarlarını məmnuniyyətlə qarşılayır və tam dəstəkləyirik”.

Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi: “Yaxın vaxtda Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edəcəyik. Hər addımla Azərbaycanla birlikdə hərəkət edəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR