Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah regionun təhlükəsizlik və sabitliyi üçün ən ciddi təhlükə barədə danışıb.
“Bizim bu gün üzləşdiyimiz hadisələr keçmişdə baş verənlərlə bağlıdır və regionun sabitlik və təhlükəsizliyi üçün ən ciddi təhdid işğalçı (İsrail) rejimidir”, – deyə o, İmam Hüseynin (ə) matəminin başlaması münasibəti ilə etdiyi çıxışda bildirib.
İsraili region üçün “əsl təhlükə” adlandıran Nəsrullah deyib ki, “əgər kimsə bu rejimlə mübarizə aparmaq istəyirsə, Fələstin və onun torpaqlarının tarixini bilməlidir”.
ABŞ-a da toxunan “Hizbullah” lideri bu ölkəni sülh və təhlükəsizliyə ən böyük təhlükə adlandırıb .
“(ABŞ) dövlətləri cəzalandırır və müqavimət hərəkatlarını “terrorçu” adlandırır. Onların (ABŞ-ın) tarixini bildiyimiz üçün, onlarla necə mübarizə aparmalı və onlardan nə gözləməli olduğumuzu bilirik”, – deyə o bildirib.
Nəsrullah qeyd edib ki, ABŞ tarixi “işğalçıları, terror qruplarını və yerli əhaliyə qarşı cinayətləri” göstərir.
“Bu tarix də ABŞ-ın zülm və irqçilik üzərində qurulan tam irqçi və qəddar ölkə olduğunu göstərir və bu gün onlar saxta KİV-lərin arxasında gizlənərək dünya əhalisini aldadırlar“, – deyə o əlavə edib.