ABŞ Talibana öz siyahısını verdi: Bunları çıxarmaq istəyirik...

ABŞ Talibana öz siyahısını verdi: Bunları çıxarmaq istəyirik...

Birləşmiş Ştatlar Talibana Kabildən çıxarmaq istədikləri ABŞ və Əfqanıstan vətəndaşlarının siyahısını təqdim edib.

Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

"Politico" nəşri öz mənbələrinə istinadən bildirib ki, bu addım Əfqanıstandan insanların təxliyəsini sürətləndirmək üçün atılıb. Lakin bu, bəzi konqresmenlər və hərbçilərin narazılığına səbəb olub.

ABŞ Müdafiə Nazirliyindən olan mənbə "Politico" nəşrinə bildirib ki, bu addım həmin şəxslərin həyatı üçün təhdiddir.

"Onlar sadəcə bu əfqanların hamısını güllələnmə siyahısına əlavə ediblər", - deyə mənbə bildirib.

Qeyd edək ki, ötən gün brifinqdə Co Bayden bəyan etmişdi ki, belə bir siyahının olmasına dair dəqiq məlumata malik deyil.

Onu da qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

Xəbəri paylaş

VİDEOLAR