ABŞ Suriyadakı işğalçı qüvvələrinin sayını artırıb

ABŞ Suriyadakı işğalçı qüvvələrinin sayını artırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı ABŞ əsgərlərinin sayının uzun müddətdir elan etdikləri 900 əvəzinə təxminən 2 min olduğunu öyrəndiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında danışıb.

“Mən bu gün öyrəndim ki, Suriyada təxminən 2000 ABŞ əsgəri var və mənə izah edildiyi kimi, bu əlavə qüvvələr missiyanın tələblərini yerinə yetirmək üçün yerləşdirilən müvəqqəti rotasiya qüvvələri hesab edilir və əsas sayı 900 olan ABŞ əsgəri daha uzun müddətə qalır.

Qeyd edək ki, ABŞ uzun müddətdir ki, Suriyadakı əsgərlərinin sayını 900 nəfər olaraq açıqlayır.

Xəbəri paylaş

VİDEOLAR