ABŞ şəhərləri yenə qarışdı: Daxili toqquşmalarda polislər xəsarət aldı

ABŞ şəhərləri yenə qarışdı: Daxili toqquşmalarda polislər xəsarət aldı

ABŞ-ın bir sıra şəhərində irqi ədalətsizliyə qarşı nümayişlər davam edir.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Seatlda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və fişənglərdən istifadə edib, 45 nəfər nəzarət altına alınıb. 20-yə qədər polis işçisi xəsarət alıb.

Şənbə günü Texasın Ostin şəhərində bir nəfər güllə atəşi nəticəsində həyatını itirib. Mediada əlində tüfəng olan bir şəxsin maşına yaxınlaşdıqdan sonra atəş açdığı bildirilir.

Kentukinin Luisvil şəhərində bri qrup silahlı adam qaradərili Breonna Teylorun polis tərəfindən öldürülməsində ədalət tələb edib.

Həmin qadın polisin xəbərdarlıq etmədən evinə daxil olub, onu güllələyib. Teylorun sevgilisi polisi hücumçu zənn edərək onlara birinci atəş açıb.

Tramp administrasiyasının Oreqon ştatının Portland şəhərinə federal qüvvə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib.

Prezident Donald Trampın etirazları yatırmaq üçün şəhərə yolladığını federal agentlər irqi ayrı-seçkilik əleyhinə başlayan bəzi hallarda zorakı hal alan və hər gecə keçirilən nümayişlərdə onlarla etirazçını həbs edib.

Oreqonun demokrat liderləri bildirir ki, federal müdaxilə iki aydır davam edən böhranı daha da pisləşdirib.

Oreqonun baş prokuroru federal orqanların mübahisəsinə səbəb olmasına baxmayaraq, etirazçıları səbəbsiz həbs edən və həddindən artıq güc tətbiq edən agentləri məhkəməyə verib.

Xəbəri paylaş

VİDEOLAR