ABŞ senatoru Netanyahunun həbs qərarını dəstəklədiyini açıqlayıb

ABŞ senatoru Netanyahunun həbs qərarını dəstəklədiyini açıqlayıb

ABŞ senatoru Bernie Sanders Beynəlxalq Cinayət Məhkəməsinin sionist İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında həbs qərarı verdikdən sonra bu qərarla razılaşdığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Sanders, BCM-nin qatillər Netanyahu və Gallant haqqında həbs qərarı çıxarması ilə bağlı sosial media platforması X hesabında yazılı açıqlama verib.

BCM-nin ittihamlarının əsaslı olduğunu qeyd edən Sanders, İsrailin Fələstin xalqına qarşı soyqırım hücumlarını xatırladıb.

“Əgər dünya beynəlxalq hüquqa əməl etməsə, biz daha da barbarlığa sürüklənəcəyik”, - Sanders bildirib.

Senator Sanders BCM-nin qərarları ilə razılaşdığını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR