ABŞ senatoru: Fələstinə dəstək aksiyaları keçirən tələbələri görməkdən qürur duyuram

ABŞ senatoru: Fələstinə dəstək aksiyaları keçirən tələbələri görməkdən qürur duyuram

ABŞ-ın müstəqil senatoru Bernie Sanders ölkədəki universitetlərdə Fələstinə dəstək nümayişləri təşkil edən tələbələrin yanında olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində Fələstinə dəstək nümayişlərinin digər universitetlərə də sirayət etməsindən sonra senator Sanders X sosial media platformasında açıqlama verib.

1962-ci ildə Çikaqo Universitetində irqçi siyasətlərə son qoymaq üçün keçirilən oturaq aksiyalara qatıldığını və saxlanıldığını xatırladan Sanders deyib:

"Qəzzadakı müharibəyə etiraz edən tələbələri görməkdən qürur duyuram. Dinc və qətiyyətli olun. Siz tarixin doğru tərəfindəsiniz.".

Xəbəri paylaş

VİDEOLAR