Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov LIVE" verilişinin efirində ABŞ-ın Rusiyaya qarşı elan etdiyi “səlib yürüşü” ilə bütün dünyaya rüsvay olduğunu bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Zaxarovavının sözlərinə görə, ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrika dövlətlərinə səfərindən xəbər tutandan sonra “diplomatik nümayəndələri səviyyəsində müxtəlif ölkə rəsmilərinə Lavrovla şəkil çəkdirməməklə bağlı yalvarmağa başlayıb.
"Ölkəmizə qarşı elan etdikləri səlib yürüşü ilə bütün dünyaya rüsvay oldular", deyə Zaxarova vurğulayıb.