ABŞ-ın Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett McGurk İranın nüvə sazişini müzakirə etmək üçün gizli şəkildə Omana səfər edib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ mərkəzli Axios xəbər saytının iddiasına görə, ABŞ-ın Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurk İranın nüvə razılaşmasını müzakirə etmək üçün gizli şəkildə Omana səfər edib.
Mənbələr Axios-a bildiriblər ki, Brett Makqurk mayın 8-də Omana səfər edib.
Axios bildirib ki, Noyabr ayında Bayden administrasiyası avropalı və sionist tərəfdaşları ilə İranla mümkün müvəqqəti razılaşma haqqında danışıqlar aparır.
Xəbərdə İranın müvəqqəti razılaşma çərçivəsində bəzi nüvə fəaliyyətlərini dayandırması müqabilində bəzi sanksiyaların qaldırılacağı qeyd edilib.
Yüksək səviyyəli sionist rəsmi iddia edib ki, Omanlılar ABŞ və İran arasında vasitəçilik danışıqları aparır.