ABŞ reaksiyası dözülməz olacaq; Avropa ölkəsi Rusiya ilə silah əməkdaşlığını genişləndirir

ABŞ reaksiyası dözülməz olacaq; Avropa ölkəsi Rusiya ilə silah əməkdaşlığını genişləndirir

Bir batareyaya altı ədəd "Pantsir-S1" kompleksi daxildir.

Rusiya və Serbiya "Pansir-S1" hava hücumundan müdafiə sisteminin bir batareyasının tədarükü üçün müqavilə bağlayıblar. Müqavilənin icrası artıq başlayıb. Rasthaber Azərbaycan Sputnik-ə xəbər verir ki, bu barədə RİA Novosti-yə hərbi-texniki əməkdaşlıq sahəsinə yaxın olan mənbə bildirib.

Bir batareyaya altı ədəd "Pantsir-S1" kompleksi daxildir.

"Müqavilə keçən il bir batareyanın alınması üçün bağlanılıb. Onun icrası başlayıb və 2020-ci ildə tamamlanacaq", - mənbə deyib.

Serbiya Avropada Rusiya silahlarının və hərbi texnikasının ən böyük idxalçısıdır. Bundan əvvəl Belqrad Rusiyadan yeddi ədəd "Mi-17" və "Mi-35" helikopterini, eləcə də təmənnasız olaraq altı ədəd "MiQ-29" qırıcısını və 10 ədəd "BRDM-2MS" zirehli daşıyıcısını əldə edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alıb.

Xəbəri paylaş

VİDEOLAR