İran prezidenti İbrahim Rəisi Fələstin böhranı ilə bağlı zirvə toplantısına qatılmaq üçün Səudiyyə Ərəbistanına gedərkən verdiyi açıqlamada Qəzzadakı qarşıdurmadan danışmaq əvəzinə hərəkətə keçməyin vaxtının gəldiyini bildirib.
Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi sionist rejimin hücumunun dayandırılması, Qəzzanın blokadasının qaldırılması və humanitar yardımların təmin edilməsi üçün keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.
Rəisi mətbuata verdiyi açıqlamada bildirib:
"Amerikalılar deyirlər ki, müharibənin genişlənməsini istəmirlər, lakin onların sözləri və hərəkətləri uyğun gəlmir. Sionistlərin döyüş maşınına yanacaq verən amerikalılardır".
Fələstin məsələsinin İslam dünyası üçün ən mühüm məsələ olduğunu bildirən Rəisi, indi hərəkətə keçmə zamanı olduğunu sözlərinə əlavə edib.