“ABŞ Qəzza müharibəsinin bir hissəsidir”

“ABŞ Qəzza müharibəsinin bir hissəsidir”

“ABŞ Qəzza müharibəsinin bir hissəsidir”.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.

Nasir Kənani bu açıqlamanı verdi:

“ABŞ Qəzza müharibəsinin bir hissəsidir. ABŞ və onun dəstəyi olmasaydı, bu müharibə baş verməzdi. ABŞ bu müharibənin baş verməməsi üçün sionist rejimə təsir göstərə bilərdi, lakin bu müddət ərzində sionist rejimə Qəzzada qətl törətmək üçün yaşıl işıq yandırdı. Vaşinqton siyasi və hərbi sahədə sionist rejimə hərtərəfli dəstək verməklə müharibənin qısa zamanda bitməsinə mane oldu.

ABŞ-ın Fələstinə verə biləcəyi ən böyük yardım İsrail rejiminə dəstəyi dayandırmaqdır. Amerikanın planları heç vaxt reallığa əsaslanmayıb və dəqiq olan odur ki, ABŞ və İsrail Qəzzaya qarşı son müharibədə hərbi sahədəki planlarını gündəmə gətirə bilməyiblər”.

Nasir Kənani Həmas və sionist rejim arasında dörd günlük atəşkəs razılaşması ilə bağlı bildirib:

"İran və beynəlxalq ictimaiyyətin istəyi sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi qətllərin tamamilə dayandırılması, müvəqqəti atəşkəsin sabit prosesə keçməsi və sionistlərin Qəzzə xalqına qarşı törətdiyi qətllərin qarşısının alınmasıdır".

Xəbəri paylaş

VİDEOLAR