ABŞ qırıcıları İranın mülki təyyarəsinə qarşı həmlə etdi

ABŞ qırıcıları İranın mülki təyyarəsinə qarşı həmlə etdi

Səmadakı kəskin hərəkətlər nəticəsində mülki şəxslər xəsarət alıb.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ qırıcıları İranın mülki təyyarəsini ələ keçirməyə cəhd edib.

Belə ki, qırıcılar Tehrandan Beyruta uçan “Mahan Air”-a məxsus mülki təyyarəyə yaxınlaşıblar.

Səmadakı kəskin hərəkətlər nəticəsində mülki şəxslər xəsarət alıb.

Bildirilir ki, İrana məxsus mülki təyyarə Tehran hava limanına geri dönməli olub.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi ABŞ tərəfinin törətdiyi insidentlə bağlı təşkilatın Baş katibi Antonio Quterreşə müraciət edib.

İranlı rəsmi bildirib ki, təyyarə ilə bir şey baş verərsə, məsuliyyəti ABŞ daşıyacaq.

Oxşar mesaj Tehran ABŞ maraqlarını təmsil edən İsveçrə səfirliyinə də verilib.

Xəbəri paylaş

VİDEOLAR