ABŞ qatil İsraili dəstəkləməyə davam edir

ABŞ qatil İsraili dəstəkləməyə davam edir

Sionist İsrailin Müdafiə Nazirliyi ABŞ-ın “Boeing” şirkəti ilə 5,2 milyard dollar dəyərində 25 ədəd qabaqcıl F-15 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalandığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail Müdafiə Nazirliyi cümə axşamı günü Boeing şirkəti ilə 25 ədəd yeni nəsil F-15 döyüş təyyarəsi almaq üçün müqavilə imzaladığını açıqladı.

Açıqlamada, 5,2 milyard dollarlıq müqavilənin daha əvvəl ABŞ rəhbərliyi və Konqresi tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsi olduğu ifadə edilərək bildirilib: "Müqavilə 25 əlavə təyyarənin alınması variantını da ehtiva edir".

Yeni F-15İA təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və hər il 4-6 təyyarə tədarük ediləcək.

Təyyarələrin İsrailin mövcud işğalçı silah sistemləri ilə inteqrasiyası üçün təchiz ediləcəyi, uçuş məsafəsinin və daşıma qabiliyyətinin artırılacağı bildirilib.

"Bu üstünlüklər İsrail Hərbi Hava Qüvvələrinə Yaxın Şərqdə mövcud və gələcək təhdidlərə qarşı strateji üstünlüyünü qoruyub saxlamağa imkan verəcək", - nazirliyin bəyanatında deyilir.

Xəbəri paylaş

VİDEOLAR