ABŞ; Polis cinayəti, etiraz və toqquşmalar, Pentaqon... FOTO

ABŞ; Polis cinayəti, etiraz və toqquşmalar, Pentaqon... FOTO

Silahsız qaradərili George Floyd-un ölümü ilə əlaqədar keçirilən etirazlar vaxtı polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Rasthaber Azərbaycan  xəbər verir ki, ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili George Floyd-un ölümü ilə əlaqədar keçirilən etirazlar vaxtı polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Pentaqon hərbi polis birləşmələrinə Minneapolisə yola düşməyə hazır olmağı əmr edib. Bu şəhərdə artıq neçə gündür ki, qaradərili Corc Floydun öldürülməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Məlumatı üç mənbəyə əsasən Associated Press paylaşıb.

Agentliyin məlumatına görə, ABŞ şəhərində qoşun yeridilməsi Müdafiə Nazirliyi üçün nadir haldır.

Şimali Karolina və Nyu-York ştatlarındakı hərbi polis birləşmələri hazır vəziyyətə gətirilib, əsgərlərə müvafiq tapşırıq alındıqdan sonra Minneapolisə getməyə hazır olmaq əmr edilib. Kolorado və Kanzas ştatlarındakı hərbçilər də analoji əmrlər alıblar, onlar bir sutka ərzində yola düşməyə hazır olmalıdırlar. Ümumilikdə 800 əsgər yola düşməyə hazır olmalıdır.

Pentaqondakı yüksək səviyyəli mənbənin sözlərinə görə, bu əmr ABŞ Prezidenti Donald Trampın Müdafiə naziri Mark Esperə Minneapolisdəki vəziyyətə mümkün çevik müdaxilə variantlarını nəzərdən keçirməsi barədə müraciət etdikdən sonra ortaya çıxıb.

Minneapolisdə polslə toqquşmaya səbəb olmuş kütləvi etirazlar mayın 26-dan davam edir. Etirazçılar polis zorakılığı nəticədinə qaradərili Corc Floydun ölməsi səbəbindən küçələrı çıxıblar. Etiraz tez bir zamanda iğtişaşa çevrilib. Artıq Milli Qvardiya hissələri şəhərdədir.

Washington-da, Ağ Evin yaxınlığında toplaşan yüzlərlə insan ədalətin bərpasına çağırıb. ABŞ şəhərlərindəki etirazlar Minneapolisin özündə bir neçə gün davam edən talan və yanğınlardan sonra yer alır.

Çərşənbə axşamı günü yüzlərlə insan Floyd-un həbs edilərkən öldüyü yol kəsişməsinə çıxıb. Bundan əvvəl etirazçılar tərəfindən yerli polis bölməsinə od vurulub.

George Floyd-un dediyi "Nəfəs ala bilmirəm!" sözləri ölkə boyunca keçirilən etirazların əsas şüarıdır.

Atlanta şəhərində zorakı hərəkətlərə əl atan etirazçılar, polis maşınlarını yandırıb, hüquq-mühafizə qüvvələrinə hücum ediblər. Atlanta polisinin nümayəndəsinə görə, ən azı üç polis əməkdaşı yaralanıb. Bir neçə nəfərin həbs olunduğu bildirilir.

Polislə etirazçılar arasında toqquşmalar New York-un Brooklyn bölgəsində də baş verib. Dallas şəhərində zabitləri daşa tutan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Los Angeles və Oakland-da etiraz əlaməti olaraq yollar bloklanıb.

46 yaşlı George Floyd mayın 25-də həbs edilərkən ölüb. Hadisəni təsvir edən videoda Floyd-un boğazını dizi ilə yerə sıxan polis əməkdaşını görmək olar. Floyd dəfələrlə nəfəs ala bilmədiyini deyir.

Polisə əsasən, saxta pulun istifadəsiylə bağlı xəbəri yoxlayan polislər Floyd-a yaxınlaşarkən müqavimətlə üzləşiblər. Hadisə ilə əlaqədar işdən çıxarılan dörd polis işçisindən biri həbs edilib.

Lakin həbs və araşdırma barədə xəbərlər etirazları dayandırmayıb. Küçələrə çıxan sakinlər həbsdə iştirak edən daha üç polisin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

View this post on Instagram

ABŞ-da polis zorakılığına etirazlar davam edir

A post shared by RastHaber Azerbaycan (@rasthaber.azerbaycan) on

Sputnik, BBC

Xəbəri paylaş

VİDEOLAR