ABŞ ordusunun veteranı: Əfqanıstanda iflasa uğradıq

ABŞ ordusunun veteranı: Əfqanıstanda iflasa uğradıq

Onun sözlərinə görə, bütün veteran yoldaşları məyusluq və aldadılma hiss keçirirlər.

Rasthaber “Russia Today”-a istinadən xəbər verir ki, Əfqanıstandakı müharibənin veteranı Qabriel Martines ABŞ-ın bu ölkədəki əməliyyatını faciə adlandırıb.

“Bu, faciədir – Sayqonun süqutundan da böyük (faciədir)… Bu, dünya miqyaslı iflasdır”, – deyə o bildirib.

Martines hesab edir ki, ABŞ hələ 2010-cu ildə Əfqanıstanı tərk etməli idi.

“Əgər biz ora “əl-Qaidə”-ni və 11 sentyabr hadisələrinin məsullarını axtarmağa görə getmişdiksə, bununla da məhdudlaşmalı idik, müharibəni bu cür uzatmalı deyildik”, – deyə o qeyd edi.

Onun sözlərinə görə, bütün veteran yoldaşları məyusluq və aldadılma hiss keçirirlər.

Xəbəri paylaş

VİDEOLAR