ABŞ-ın İraqın qərbinə endirdiyi hava zərbələrində Həşdüş-Şəbi qüvvələrindən 4 nəfər şəhid olub
Rasthaber Azərbaycan İran mediasına istinadlı məlumatına əsasən, bazar ertəsi günü səhər saatlarında İraq və Suriya sərhəddində yerləşən Həşdü-Şəbi qüvvələrinin bazasına endirilən aviazərbələrdə bu təşkilatın 4 üzvü şəhid olub, 3-ü isə yaralanıb.
Eyni zamanda ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon bir bəyanat yayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin hücumları bu ölkə prezidenti Co Baydenin göstərişi ilə həyata keçirdiklərini açıqlayıb.
İraqın "Kətaib Seyyid Əş-Şühəda" müqavimət qrupu da, bundan sonra amerikalı işğalçılar ilə müharibənin məhdudiyyətsiz olacağını və ilk addımda onların İraq səmasındakı uçuş aparatlarının hədəfə alınacağını bildirib.