Bu addımın Səudiyyə Ərəbistanının neft qiymətləri ilə bağlı Vaşinqtona qulaq asmamasına cavab olaraq atıldığı ehtimal olunur
Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanında yerləşdirdiyi havadan müdafə sistemi 4 "Patriot" və əsgərlərinin bir hissəsilə digər bəzi silahlarını ölkədən çıxaracağı irəli sürülüb.
"Wall Street Journal"ına açıqlama verən bəzi amerikalı rəsmiləri "Patriot" batareyaları ilə yanaşı, Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsinin Səudiyyə Ərəbistanından ayrıldığını və donanmanın Fars körfəzindəki hərbi mövcudluğunu azaltmağı planlaşdırdıqlarını bildiriblər.
ABŞ-ın bu addımı bəzi səlahiyyətlilər tərəfindən İranın artıq Amerikanın maraqları üçün təcili bir təhlükə yaratmadığının göstəricisi kimi şərh edilsə də, bəzi ekspertlər bu addımın Səudiyyə Ərəbistanı hökumətinin neft qiymətləri ilə bağlı Vaşinqtona qulaq asmamasına cavab olaraq atıldığını iddia edirlər.