İraq Baş naziri Mustafa əl-Kazımi bunu deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazımi ABŞ prezidenti Donald Trampla ABŞ qoşunlarının İraq hüdudlarından kənara çıxarılması barədə razılığın əldə edildiyini elan edib.
Əl-Kazımi Trampla danışıqların məhsuldar keçdiyini bildiirb.
“Mən ilk dəfə olaraq, İraq hakimiyyətinin tələblərinə qarşı ABŞ-ın şəffaf və müsbət yanaşmasını gördüm”, – deyə o qeyd edib.
İraq Baş nazirinin sözlərinə görə, Vaşinqtonda Trampla baş tutan görüş zamanı tərəflər ABŞ qoşunlarının İraqdan çıxarılmasına dair razılığa gəlib. Görüşdə bunun üçün lazımi mexanizmin yaradılması üzrə texniki nümayəndə heyətinin yaradılması qərarı qəbul edilib.
Əl-Kazımi həmçinin ABŞ-la bir sıra ikitərəfli sazişlərin imzalandığını da deyib.
Tarmp isə ABŞ qoşunlarının İraqdan təcili çıxarılması barədə elan edib. Onun sözlərinə görə, ABŞ qoşunları İraqda qalmaq məcburiyyətində deyil.