ABŞ Ordusu İraqda yenə hədəfə məruz qaldı

ABŞ Ordusu İraqda yenə hədəfə məruz qaldı

İraqlı mənbələr bu gün səhər tezdən bu ölkədə ABŞ ordusunun digər bir karvanının hədəfə alınmasından xəbər veriblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, ABŞ ordusunun bu logistik karvanı İraqın cənubunda yerləşən Ziqar vilayətinin mərkəzindəki Əlnasiriyyə şəhərindən keçərkən hücuma məruz qalıb.

Bu məlumatı verən "Sabirin" xəbər kanalı daha artıq təfərrüata və bu hücumun ehtimal olunan tələfata işarə etməyib.

Dünən axşam da terrorçu ABŞ ordusunun bir logistik karvanının İraqın Əldivaniyyə vilayətində hədəfə alınması ilə bağlı xəbər yayılmışdı.

Amerikanın İraqdakı hərbi baza və karvanları son aylar ərzində dəfələrlə hədəfə alınıb.

Xəbəri paylaş

VİDEOLAR