İraq Müqaviməti həbs olunanların tez bir zamanda azad edilməsini təlbə edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ Ordusu 40 zirehli avtomobil və Amerikanın nəzarəti altında olan İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının qərargahına hücum edib.
Onlar heç bir sənəd və fakt təqdim etmədən İraq Hizbullahının bu 13 üzvünü Amerikanın İraqdakı maraqları və təsisatlarına hücuma səy göstərməkdə ittiham ediblər.
Müqavimətin tabeliyində olan teleqram kanalları bildiriblər ki, İraqdakı bütün müqavimət qrupları İraq Hizbullahı batalyonlarının üzvlərini azad etmək üçün amerikalılara 24 saat vaxt verib.
Yayılan xəbərlərə görə, İraqda “Nücaba” islami müqavimət hərəkatının qüvvələri Amerikan qüvvələrlə mübarizə aparmaq üçün Bağdadın yaşıl bölgəsinə tərəf hərəkət edib.
İraqlı “Əshabul Kəhf”müqavimət qrupu amerikalılara xəbərdarlıq edib ki, əgər İraq Hizbullahı batalyonlarının həbs olunmuş qüvvələri azad edilməzlərsə, Amerikanın Bağdaddakı səfirliyini hədəfə alacaq.
Amerika və sionist rejim indiyədək bir neçə dəfə İraqın müxtəlif bölgələrində Həşduşşəbinin mövqelərini hədəfə alıblar.