25.06.2021 16:00:27
Yəmən Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Əbdülvəhhab əl Mahbaşi bu barədə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Əbdülvəhhab əl Mahbaşi, üzvü olduğu hərəkatın Vaşinqton tərəfindən təsmi olaraq tanınması ilə bağlı ABŞ-ın Yəmən Xüsusi təmsilçisi Timothy Lenderkinqin etirafı haqqında açıqlama verib.
Əl-Mahbaşi "Müharibə zamanı qələbələr və uğurlar ABŞ-ı Ənsarullah Hərəkatını Yəməndə qanuni bir tərəf olaraq tanımağa məcbur etdi. Lenderkingin etiraf, ABŞ-ın Yəmən döyüşlərində pərdə arxasında üstüqapalı bir rolunun olduğunun isbatıdır.", -deyə bildirib.
Timothy Lenderkinq dünən, ABŞ-ın Ənsarullah hərəkatını Yəməndə qanuni bir tərəf olaraq tanıdığını bildirmişdi.