ABŞ Mərkəzi Komandanlığının komandanı general Kurilla, nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı hücum planlarının hazır olduğunu bildirərək, “ABŞ prezidenti əmr versə, onları hərəkətə keçirəcəyik” deyib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Kurilla nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı hərbi müdaxilə planlarının hazır olduğunu açıqlayıb. Kurilla bu planların ABŞ prezidenti Donald Trampa təqdim edildiyini və lazımi göstəriş verildiyi təqdirdə dərhal hərəkətə keçə biləcəklərini bildirib.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən Kurilla deyib:
"Prezidentə və Müdafiə Nazirinə geniş çeşidli hərbi variantlar təqdim etdim. Əgər əmr gələrsə, onları hərəkətə keçirməyə hazırıq".