ABŞ müqavimət cəbhəsi ilə mübarizə məqsədi ilə terrorçu qruplaşmaları gücləndirir

ABŞ müqavimət cəbhəsi ilə mübarizə məqsədi ilə terrorçu qruplaşmaları gücləndirir

Səudiyyə Ərəbistanı da Yəmənə qarşı təcavüzə başlayıb, Yəmən isə müdafiə olunur.

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəhiti bəyan edib ki, ABŞ müqavimət cəbhəsi ilə mübarizə məqsədi ilə terrorçu qruplaşmaları gücləndirməyə can atır.

O əlavə edib ki, ABŞ bu istiqamətdə “Əl-Qaidə” və digər terror qruplaşmalarından istifadə edir.

O bildirib ki, Səudiyyə Ərəbistanı da Yəmənə qarşı təcavüzə başlayıb, Yəmən isə müdafiə olunur.

Müxtəlif silahların, o cümlədən ballistik raketlər və PUA-ların istehsalının davam etdiyini deyən əl-Bəhiti qeyd edib ki, “silahlar Yəməndə istehsal edildiyi üçün onların sayına görə narahat olmaq lazım deyil”.

Yəmən SQ rəsmisi Yəhya Sari həmçinin deyib ki, ölkədəki hərbi vəziyyət keçmişdəkindən çox-çox yaxşıdır və Yəmən ordusunun düşmən üçün “süprizləri” davam edəcək.

Sari Səudiyyə Ərəbistanı koalisiyasına xitabən bildirib ki, Yəmənə qarşı aparılan iqtisadi müharibənin də dəhşətli nəticələri olacaq, müharibənin miqyası isə tezliklə təcavüzçü-ölkələrin daxilinə çata bilər.

Xəbəri paylaş

VİDEOLAR