Rusiyanın baş diplomatı ABŞ rəsmilərinə tövsiyə edib ki, MAQATE-nin İranın nüvə proqramı barədəki hesabatını siyasiləşdirməkdən çəkinsinlər
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov dünən öz tvitter hesabında yazıb: "Yerləri mənim yerimdən çox-çox yuxarı olan bütün amerikalı rəsmilərə hörmətlə deyirəm ki, gəlin, açıq danışaq. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrandakı bəzi nüvə saytlarına əlçatma barədəki qeyri-ənənəvi hesabatından böyük siyasi bir iş düzəltmək üzrə səylər nəticəsiz qalacaq. Bu məlumatda əslində güman etmək üçün bir şey yoxdur."
Bu rus diplomat bundan öncə də tvitter-də təqdim etdiyi izahatlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatını "yayılma" nigarançılıqlarının irəli sürülməsinə görə, azönəmli məsələləri əhatə edən bir məlumat adlandırmışdı.