ABŞ Livanın Hizbullah Hərəkatına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Livanın Hizbullah Hərəkatına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Livan Hizbullah Hərəkatına qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni sanksiyalar Hizbullah ilə əlaqəsi olan beş fiziki şəxs və üç qurumu əhatə edir.

ABŞ Maliyyə Nazirliyi heç bir sənəd və sübut təqdim etmədən iddia etdi: “Hizbullahın maliyyə komandası gəlirli biznes layihələri və neft qaçaqmalçılığı şəbəkələrini idarə edir!

Hizbullahın maliyyə komandası təşkilata milyonlarla dollar gəlir gətirmək üçün böyük korporasiyalardan istifadə edir.” “Bugünkü hərəkət, Xəzinədarlıq Nazirliyinin Livan xalqına və onların qonşularına qarşı zorakılığı dəstəkləmək planlarını ifşa etmək və pozmaq öhdəliyini vurğulayır”, – deyə Maliyyə Nazirliyinin Mütəxəssisi Bradley Smith bildirib.

ABŞ Maliyyə Nazirliyinin Hizbullaha qarşı bütün iddiaları ən kiçik dəlil olmadan irəli sürülür və Vaşinqtonun bu müqavimət hərəkatına qarşı sanksiyaları sərtləşdirməsində əsas məqsəd İsrailin Hizbullaha qarşı dövlət terrorizminə dəstək verməkdir.

Xəbəri paylaş

VİDEOLAR