ABŞ-lı basketbolçu oruc halda komandasına qələbə qazandırıb

ABŞ-lı basketbolçu oruc halda komandasına qələbə qazandırıb

Oruc tutan idmançılar üçün boş mədə ilə çıxış etmək çətin olsa da, onlar iradə və güc nümayiş etdirərək öz məşqlər və müsabiqələrini buraxmırlar.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu cür fiziki hazırlıqları yüksək olan şəxslərə oruc halda məşq və çıxış etmək də onların nailiyyətlərinə mənfi təsir göstərmir.

Bunu məşhur ABŞ-lı basketbolçu Kayri İrvinq isbat edib. Belə ki, o, oruc halda “Bruklin Nets” komandasını qələbəyə çatdırıb: komandanın qazandığı 115 xaldan 34-ü ona məxsusdur.

Mən bu işdə tək deyiləm. Dünyanın hər bir yerində mənimlə birlikdə oruc tutan qardaş və bacılarım var. Biz ibadət edirik, stadiona çıxdıqda isə qəlbimizlə Allaha yönəlirik. Mən bunu Allaha xatir edirəm. Yalnız bunun mənası var“, – deyə o qeyd edib.

Müsəlman idmançı özü ilə öyünmədiyini və bu bacarıqları ona məhz Allahın verdiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR