ABŞ Konqresinin Nümayəndələr Palatası: İcazəmizi almayıblar

ABŞ Konqresinin Nümayəndələr Palatası: İcazəmizi almayıblar

Hökumətdən baş vermiş vəziyyət barədə Konqresə dərhal hesabat verməsini tələb edirik

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi amerikalıların İran generalı Qasım Süleymanini öldürməsindəın sonra gərginliyin artmasından narahatlığını bildirib və hökumətdən baş vermiş vəziyyət barədə Konqresə dərhal hesabat verməsini tələb edir.

"Biz bundan sonra təhrikçi və qeyri-proporsional hərəkətlərlə amerikalı hərbçilərin həyatını risk altında qoya bilmərik. Bugünkü aviazərbə təcavüzün bundan sonra daha da artmasına səbəb ola bilər. Amerika və bütün dünya gərginliyin dönüş nöqtəsi olmayan həddə qədər artmasına imkan verməməlidir", - Pelosinin yazılı bəyanatında deyilir.

"Hökumət bu gün İraqda...  İran hərbçilərinə qarşı hərbi qüvvədən istifadəyə (Konqresin) icazəsi olmadan aviahücum edib. Bundan başqa, bu addımlar heç Konqreslə müzakirə də olunmayıb", - o əlavə edib. 
"Konqres tam heyətlə dərhal bu ciddi vəziyyət və hökumətin nəzərdə tutduğu  addımlar, eləcə də regiona göndərilən əlavə gücün xeyli artırılması barədə məlumatlandırılmalı idi", - Pelosi bildirib. 

Xəbəri paylaş

VİDEOLAR