Nensi Pelosi Trampın göstərişi ilə general Qasım Süleymaninin öldürülməsini "təxribat və qeyir-mütanasib" kimi qiymətləndirdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın göstərişi ilə general Qasım Süleymaninin öldürülməsini "təxribat və qeyir-mütanasib" kimi qiymətləndirib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, spiker bildirib ki, Tramp Administrasiyasının təxribatçı və qeyri-mütənasib hərbi əməliyyatları hərbçilərə, diplomatlara və ABŞ vətəndaşlarına, eləcə də müttəfiqlərimizə təhlükə yaratmağa davam edir.
O, əməliyyatın İrana qarşı hərbi güc tətbiq etmək icazəsi olmadan, Konqreslə məsləhətləşmədən və həm Konqres, həm də ictimaiyyət üçün açıq və hüquqi strategiya hazırlanmadan edildiyini qeyd edib.