ABŞ rəhbərliyi İsrailin İrana qarşı silahlı qarşıdurmaya qoşulmaq tələbinə rədd cavabı verib. Bu barədə The Times of Israel qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Az.rasthaber.com xəbər verir ki, məlumata görə, rəsmi Vaşinqtondan bildirilib ki, İsrail tərəfi ABŞ-a bu yöndə müraciət edib. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda belə bir ssenarini nəzərdən keçirmir.
Daha əvvəl Axios nəşri də yazmışdı ki, İsrail Ağ Evə müraciət edərək ABŞ-ın İran əleyhinə hücumlara qoşulmasını istəyib.
Xatırladaq ki, Tramp bu gecə – 15 iyun tarixində İranda baş verən hücumla bağlı ABŞ-ın “heç bir əlaqəsinin olmadığını” bəyan edib.