ABŞ: İsrail soyqırımı törətmir

ABŞ: İsrail soyqırımı törətmir

"Amerikanın əlində Qəzzada İsrailin soyqırımı törətməsi ilə bağlı heç bir sübut yoxdur"

Az.rasthaber.com xəbər verir ki, Pentaqon rəhbəri Lyod Austin gülünc bəyanatla ABŞ-ın əlində Qəzza zolağında müharibə zamanı İsrailin soyqırım törətdiyinə dair heç bir sübut olmadığını bildirib.

Lloyd Austin Qəzzada törədilən soyqırımla bağlı ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə verilən müvafiq suala cavab olaraq deyib: “Bizim buna dair heç bir sübutumuz yoxdur..."

Bu arada ABŞ Müdafiə Naziri İsrailin Müharibə Naziri Yoav Gallant ilə telefon bağlantısı zamanı "İsrail Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş" addımların həyata keçirilməsi də daxil olmaqla, Qəzzaya humanitar yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə artırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

Gallant ilə danışıq zamanı hər iki rəsmi, Dünya Mərkəzi Mətbəxində (World Central Kitchen) humanitar yardım işçilərinin işğalçı İsrail qüvvələri tərəfindən qətlə yetirilməsi mövzusu barədə araşdırma aparılacağını bildirib.

Xəbəri paylaş

VİDEOLAR