ABŞ İsrail gəmisini bombalayıb

ABŞ İsrail gəmisini bombalayıb

Xəbər mənbələri ABŞ Yəmənin ələ keçirdiyi İsrail gəmisini üç dəfə bombaladığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məsirə telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, Amerika qırıcıları şənbə gecəsi Galaxy Raider gəmisini üç dəfə hədəfə alıb.

Hücum və ya gəmiyə dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

2023-cü il noyabrın 19-da xəbər mənbələri Qırmızı dənizdə İsrail gəmisinin itdiyini bildirmişdi.

Bu xəbərin yayılmasından dərhal sonra Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada Yəmən Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə keçirdiyi hərbi əməliyyatda İsrail gəmisini ələ keçirərək onu ölkə sahillərinə yönəltdiyini təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, qüvvələrimiz sionist rejimə məxsus istənilən gəmini və ya onun əlində olan və onun bayrağı altında üzən gəmini hədəfə alır və sionistlərin gəminin ələ keçirilməsinə reaksiyasından qorxmurlar.

Xəbəri paylaş

VİDEOLAR