Rusiyada şok hadisə – General avtomobilində partladıldı - VİDEO

Rusiyada şok hadisə – General avtomobilində partladıldı - VİDEO

Partlayışın səbəbləri və partlayıcı qurğunu yerləşdirən şəxsin kimliyi müəyyənləşdirilir.

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əsas Operativ İdarəsi rəisinin müavini, general Yaroslav Moskalik həyatını itirib. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.

Partlayış səhər saat 11 radələrində, Balaşixadakı Nesterov bulvarında yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil alışaraq yanıb, partlayış dalğası binanın aşağı mərtəbələrində pəncərələrin sınmasına səbəb olub.

İlkin araşdırmalara görə, hadisəyə səbəb əl istehsalı partlayıcı qurğu  olub. Qurğu qəlpələyici elementlərlə doldurulmuşdu və məqsəd generalın qəsdən öldürülməsi idi.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adamöldürmə) və 222.1-ci (partlayıcı maddələrin qanunsuz dövriyyəsi) maddələri üzrə cinayət işi başlanılıb.

Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində araşdırma aparır, partlayıcı qurğunu yerləşdirən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Xəbəri paylaş

VİDEOLAR