ABŞ işğalçı İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bəyan etdi

ABŞ işğalçı İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bəyan etdi

İşğalçı İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib.

Az.rasthaber.com "Teleqraf"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, - deyə Miller bildirib.

Xatırladaq ki, martın 31-də sionist İsrailin körpə qatili kimi tanınan Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR