ABŞ İraqda Kətaib Hizbullahı hədəfə aldı

ABŞ  İraqda Kətaib Hizbullahı hədəfə aldı

ABŞ qırıcıları İraq-Suriya sərhədində "Kətaib Hizbullah" qrupunun mövqelərini bombalayıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə,  İraqın müqavimət qüvvələrinin tabeliyində olan "Sabirin News" mediası bu gün bildirib ki, Amerika qırıcıları İraq-Suriya sərhədində bir binanı və digər bir nöqtəni hədəfə alıblar.

Qeyd olunan obyektlər Əlbukəmal və Əlqaim bölgələri arasında yerləşir. Bu hücum nəticəsində indiyədək bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıbdır.

Bəzi qərb mediası da Amerika qırıcıları tərəfindən hədəfə alınan binadan, amerikalı qüvvələrə qarşı hücum üçün istifadə edilib.

ABŞ müdafiə nazirliyi- Pentaqon bir bəyanatda bildirib ki, İraqın Kürdüstan  bölgəsində yerləşən amerikalı qüvvələrin bazasına hücum edilən mövqelər Amerika prezidenti Co Baydenin göstərişi ilə Suriyanın şərqindəki mövqeləri bombalayıb.

Xəbəri paylaş

VİDEOLAR