ABŞ: İraq və Suriyadakı bazalarımıza qarşı 73 hücum həyata keçirilib

ABŞ: İraq və Suriyadakı bazalarımıza qarşı 73 hücum həyata keçirilib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına 73 hücumun edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Amerikanın xəbər kanalı Fox News-a danışan ABŞ Müdafiə Nazirliyinin rəsmisi oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına 73 hücumun edildiyini bildirib.

Adını açıqlamaq istəməyən məmur “Bu hücumlardan üçü dünən baş verib” deyib.

Bundan əvvəl Pentaqon etiraf etmişdi ki, oktyabrın 17-dən bəri ABŞ-ın İraq və Suriyadakı bazalarına təxminən 66 hücum olub.

Bildirilib ki, oktyabrın 17-dən bu yana ABŞ qüvvələrinə 32-si İraqda, 34-ü isə Suriyada olmaqla ümumilikdə 66 hücum həyata keçirilib. Bu hücumlarda 62 nəfərin yaralandığı paylaşılıb.

Sionist İsrailin Qəzzaya hücumlarından sonra İraq və Suriyada ABŞ hərbçilərinin yerləşdiyi bazalara hücumlar artmağa başlayıb.

ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.

Xəbəri paylaş

VİDEOLAR