ABŞ mediasının məlumatına görə, ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd bölgəsində silahlı qrupların obyektlərinə hava zərbələri endirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ prezidenti Baydenin göstərişi ilə həyata keçirilən hava əməliyyatının müdafiə məqsədli olduğunu söyləyib.
"ABŞ prezidenti Cozef Baydenin göstərişi ilə ABŞ Silahlı Qüvvələri bu gecə İraq-Suriya sərhəd bölgəsindəki silahlı qruplaşmaların istifadə etdiyi hədəflərə yüksək dəqiqlikli hava zərbələri endirib", -deyə Pentaqonun açıqlamasında deyilir.
Kirbi Suriyada 2, İraqda bir yerdə İran tərəfindən dəstəklənən qrupların istifadə etdiyi əməliyyat obyektləri və silah anbarlarının hədəf alındığını bildirib.
Qeyd edək ki, neçə gündür İraq Müqavimət briqadaları ABŞ ordusunu hədəfə alır. Onların tələbi budur ki, İraq Parlamentinin də qərarına əsasən ABŞ Ordusu ölkədən çıxmalıdır, əks halda bu işğal kimi dəyərləndiriləcək və hücum əməliyyatları keçiriləcək.
Onu da qeyd edək ki, İraq Müqaviməti ABŞ-ın açıqladığı bu hücumla bağlı açıqlama verməyib.