ABŞ: İranla nüvə sazişinə deyil, etirazlara köklənmişik

ABŞ: İranla nüvə sazişinə deyil, etirazlara köklənmişik

“Bu yaxınlarda biz açıq şəkildə dedik ki, nüvə sazişi danışıqları indi bizim gündəliyimizdə deyil. Hazırda diqqətimizi çəkən və kökləndiyimiz məsələ İranda etirazçılara dəstək yollarıdır.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays deyib.

O, son mətbuat konfransında İranla nüvə danışıqları ilə bağlı, habelə bu ölkədə uranın zənginləşdirilməsi işinin sürətləndirilməsi haqda sualı cavablandırarkən qeyd edib ki, ölkəsi İranla nüvə sazişinin bərpası üzrə danışıqlara deyil, bu ölkədəki etirazlara dəstəyə təmərküz edir.

Onun sözlərinə görə, “İran uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işini sürətləndirməklə Beynəlxalq Atom Enerjisi Agentliyinə təzyiq göstərməyə çalışsa da, yanılır.”

Eyni zamanda o bildirib ki, İranın nüvə proqramı ilə bağlı ən doğru yol diplomatikdir.

ABŞ dövlət katibi həmçinin dekabr ayının 14-də İranın BMT-nin qadınlar üzrə komissiyasından çıxarılması ilə bağlı səsvermənin keçiriləcəyini deyib və bu kimi addımların təsirli olacağını bildirib.

Xəbəri paylaş

VİDEOLAR