İşğalçı sionist İsrail ordusu bu gün səhər saatlarında İrana hücum edib.
Az.rasthaber.com xəbər verir ki, Reuters agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, o deyib: "ABŞ hücumlarda birbaşa və ya dəstəkləyici şəkildə iştirak etmir".
ABŞ dövlət katibi Marko Rubio deyib: "İsrail İrana qarşı birtərəfli addım atdı. İrana qarşı hücumlarda iştirak etmirik. Bunu açıq şəkildə deyirəm, İran bizi hədəfə almamalıdır.
Bizim prioritetimiz regiondakı Amerika qüvvələrini qorumaqdır”.
Rubio, "İsrail bu gecə birtərəfli olaraq İrana hücum etdi. ABŞ bu əməliyyatlarda heç bir rol oynamadı. Bizim əsas məqsədimiz Amerika qüvvələrinin bölgədəki təhlükəsizliyidir" dedi.
Rubio həmçinin, "İsrail bu addımı özünü müdafiə etmək üçün zəruri hesab etdiyini bizə bildirdi. Prezident Tramp və administrasiyası qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri gördü", - deyə bildirib.