"ABŞ İran xalqından oğurladığını qaytarsa, nüvə sazişi ilə bağlı razılaşa bilərik"

“Əgər ABŞ elə bu gün lazımi qərarı qəbul etsə, İran xalqının cibindən götürdüyünü və hüquqlarını qaytarsa, ölkə xalqının tapdlanmış hüquqlarını tanıyıb, ona hörmətlə yanaşsa biz də Enriko Moranın qayıtmasından dərhal sonra nüvə danışıqlarına qayıda və razılaşmaya doğru irəliləyə bilərik”.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

O, bu gün Tehranda keçirilən mətbuat konfransında Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışıqların vəziyyətinə diqqət çəkib.

S. Xətibzadə bildirib ki, ABŞ İran xalqının cibindən götürdüyünü və hüquqlarını qaytarsa nüvə sazişilə bağlı razılaşma mümkün olacaq.

İran XİN rəsmisi sözügedən danışıqlarda durğunluğun olduğunu dilə gətirib, lakin eyni zamanda da bildirib ki, Avropa İttifaqı rəsmilərinin vasitəsilə ABŞ tərəfilə mesajlar mübadilə edilməkdədir.

O, nüvə sazişinin bərpası ilə bağlı danışıqların yenidən canlandırılması istiqamətində Aİ rəsmilərinin Tehrana səfərinin nəticə verəcəyinə ümidvar olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR